AZ

“Fənərbaxça” çempionluq təsəllisini basketbolda tapdı

Türkiyə Basketbol Superliqasında 2023/2024 mövsümünün qalibi bəlli olub. Matc.az xəbər verir ki, finalda “Fənərbaxça” “Anadolu Efes”lə qarşılaşıb. “Sarı-lacivərdlilər” seriyanın 4-cü matçında əlavə vaxtda 80:72 hesabı qələbə qazanıblar. 3:1 hesabı üstünlük əldə edən “Fənərbaxça” tarixində 11-ci dəfə çempionu tituluna yiyələnib. Finalda uduzan “Anadolu Efes” isə16 dəfə çempion olub. Qeyd edək ki, “Fənərbaxça” futbol klubu 99 xalla Superliqanı ikinci sırada başa vurub.

Seçilən
95
2
matc.az

3Mənbələr