AZ

Aktyor Əlibala Əsgərov vəfat edib

Aktyor

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqı məlumat yayıb.

Bildirilib ki, aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.

Allah rəhmət eləsin!
Seçilən
112
25
reyting.az

10Mənbələr