AZ

Papa xütbəni qısaltdı - "İnsanları yorur"

Roma Papası insanların sıxılmaması üçün “xütbələri qısaltmalıyıq” xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, Papa Fransisk katolik kilsəsindəki çıxışı zamanı camaatın sıxılmaması üçün yeni qərar qəbul edib.

Fransisk kilsə mərasimində oxunan xütbənin "şəkil, düşüncə, hiss" kimi qısa olmasının vacibliyinə toxunub və xütbələrin 8 dəqiqədən çox olmaması qaydasını qoyub.

Çıxışı zamanı Papa Fransisk insanların sıxılmaması üçün belə bir addım atılmalı olduğunu deyib:

“8 dəqiqədən sonra insanların diqqəti dağılır, yuxuya gedə bilər, haqlıdırlar. Rahiblər bəzən o qədər danışırlar ki, nə danışdıqlarını başa düşmürsən", Papa bildirib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
4
teleqraf.com

5Mənbələr