AZ

Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır

Roma Papası Fransisk 2025-ci ildə İznik Birinci Ekumenik Şurasının 1700 illiyini Türkiyədə qeyd etməyə ümid etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Ümid edirəm ki, bu son dərəcə əhəmiyyətli hadisənin anılması bütün möminləri imanlarına və daha böyük birlik arzularına birlikdə şahidlik etməyə ruhlandıracaq",- deyə Papa qeyd edib.

Papa Fransisk də 2025-ci il müqəddəs il üçün nümayəndə heyətini və təmsil etdikləri möminləri Romaya dəvət edib. Onlardan bərəkətli mənəvi bəhrələrin əskik olmaması üçün bu lütf ilini öz duaları ilə müşayiət və dəstəkləmələrini xahiş edərək, "Sizi aramızda görmək çox xoş olardı”,-deyə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
operativmm.az

5Mənbələr