AZ

İrəvanda baş verən etirazlarda xəsarət alanların sayı açıqlanıb

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 7 nəfər xəsarət alıb.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, bu, ilkin məlumatdır və say arta bilər.

Qeyd edək ki, Ermənistan polis İrəvandakı parlament binası yaxınlığında etirazçılara güc tətbiq etməyə, səs bombalarından istifadə etməyə başlayıb.

Məsələyə münasibət bildirən ölkənin Baş naziri Nikol Paşinyan qeyd edib ki, proseslər zamanı qanunvericilikdən kənar bir hadisənin baş verdiyi üzə çıxarsa, dövlət qurumları buna reaksiya verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
apa.az

9Mənbələr