AZ

İrəvanda baş verən etirazlarda xəsarət alanların sayı açıqlanıb

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 7 nəfər xəsarət alıb.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, bu, ilkin məlumatdır və say arta bilər.

Qeyd edək ki, Ermənistan polisi İrəvandakı parlament binası yaxınlığında etirazçılara qarşı səs bombalarından istifadə etməyə başlayıb.

Məsələyə münasibət bildirən ölkənin Baş naziri Nikol Paşinyan deyib ki, proseslər zamanı qanunvericilikdən kənar bir hadisənin baş verdiyi üzə çıxarsa, dövlət qurumları buna reaksiya verəcək.

Seçilən
69
4
azpost.info

9Mənbələr