AZ

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutulub, 8 mülki şəxs həlak olub

Kiyev, 12 iyun, AZƏRTAC

Rusiya ordusunun iyunun 12-də Ukraynanın Krivoy Roq şəhərini atəşə tutması nəticəsində azı 8 mülki şəxs həlak olub, 21 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Daha 4 nəfər itkin hesab olunur, xəsarət alanlar arasında uşaqlar da var.

Bu faciə barədə isə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində başsağlığı verib.

“Rusiyanın Krivoy Roqa raket zərbəsi nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə dövlət başçısı qeyd edib. O əlavə edib ki, bu cür hücumlar Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinin zəruriliyini göstərir.

Zelenskinin sözlərinə görə, müasir hava hücumundan müdafiə sistemləri mülki şəxsləri, şəhərləri və Ukrayna əsgərlərinin mövqelərini maksimum dərəcədə müdafiə edə bilər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
8
azertag.az

10Mənbələr