AZ

Ukraynanın Krivoy Roq şəhəri atəşə tutuldu: 8 ölü, 21 yaralı var

Rusiya ordusunun iyunun 12-də Ukraynanın Krivoy Roq şəhərini atəşə tutması nəticəsində azı 8 mülki şəxs həlak olub, 21 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Daha 4 nəfər itkin hesab olunur, xəsarət alanlar arasında uşaqlar da var.

Faciə barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində başsağlığı verib.

“Rusiyanın Krivoy Roqa raket zərbəsi nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - deyə dövlət başçısı qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
8
publika.az

10Mənbələr