AZ

Bu heyvanları qətiyyən qurban kəsmək olmaz - Qurban bayramında bunlara DİQQƏT EDİN!

Bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək.


İslam aləminin ən müqəddəs günlərindən sayılan Qurban bayramı həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi sayılır. Bayramın əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir.


Bəs kimlər qurban kəsə bilər? Qurban bayramından hansı heyvanları qurban kəsmək olar? Bir heyvan neçəyə hissəyə bölünməlidir və bu ətdən hansı xörəklərin bişirilməsi daha uyğundur?


İlahiyyatçı Ağa Hacıbəyli Referans.az" target="_blank">Referans.az-a verdiyi açıqlamada bu sualları cavablandırıb.


“Bu il Azərbaycanda keçiriləcək Qurban bayramı ötən illərdən fərqli olacaq. Ona görə ki, Allahın izni ilə “Xanın kəndi”ndə, Ağdərədə, Xocalıda ilk qurbanımız kəsiləcək uzun illər sonra. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah şəfalar versin. Qurban heyvanları 5 növ heyvandan seçilir. Ölkəmizdə dəvə olmadığı üçün bu variantın üzərində dayanılmır. Camışdan da qurban var lakin üstünlük verilmir. Eyni ilə keçi də Azərbaycanda üstünlük verilməyən qurban növüdür. Azərbaycanda daha çox qurban kəsimi üçün dana və qoyunlar seçilir. Bunların da yaş senzi mövcuddur. Danaların yaşının iki, kiçikbuynuzluların isə yaşının bir olması uyğundur. Ancaq elə heyvan ola bilər ki, quzu 9-10 aylıq olsun amma görünüşü, çəkisi bir yaşlı heyvanınkı ilə eyni olsun, bu zaman bu da qurbanlıq üçün müvafiq ola bilər”.


İlahiyyatçı bildirib ki, Qurban bayramı ərəfəsində kəsilən qurbanlar mütləq şəkildə bayram namazından sonra kəsilməlidir.


“Qurbanlar üzü qibləyə doğru “bismillah” və Allahu Əkbər” deyilərək kəsilməlidir. Bunu bilməliyik ki, qurban kəsmək heyvan kəsmək deyil və Qurban bayramı bir ət bayramı da deyil. Bu bayram təslimiyyətin, insanın içərisindəki sevginin Rəbbə izharıdır. Əsasən, insanlar qurban kəsərsən əsas niyyətləri içlərindəki nəfsi, kini, nifrəti və bütün pislikləri də kəsib atmaqdır”.


Ağa Hacıbəyli qeyd edib ki, bəzi şəxslər ev quşlarından da qurban kəsməyin caiz olduğunu deyir lakin bu sadəcə dini bilgisi zəif olan insanların uydurduğu şayiələrdir.


“Hədəf qurban kəsməkdə İsmayıl, İbrahim olmaqdı. Həzrəti İbrahim oğlu İsmayılı kəsməyə apararkən Allahın onun qarşısına qoç gətirəcəyini bilmirdi. Amma o böyük bir təslimiyyət ruhu ilə Allaha getdi. Əslində, qurban bu gün bir tövhid ailəsinin, Allaha təslim olan bir ailəni yenidən qurmaqdı. Boşanmalara son qoymaq, yenidən kişilərin öz xanımlarına Həcər gözü ilə baxmasını, xanımların da onlara İbrahim, İsmayıl ruhu ilə baxmasına, sahib çıxmasına ehtiyac var. İslami bayramların ruhundakı dəyərlər bu elementlərlə doludur”.

 

Fidan Vəlisoy 

Seçilən
109
referans.az

1Mənbələr