AZ

Samux Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı  üç dəfəyə yaxın artıb

Samux Samux Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı

TƏBİB üçün region xəstəxanalarının inkişafı prioritetdir. Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, region xəstəxanalarının inkişaf etdirilməsi, bütün ölkə üzrə tibb müəssisələrinin fəaliyyətinin paralel modernləşdirilməsi və əhalinin tibbi xidmətlərə əlçatanlığının hər bir bölgə üzrə təmin edilməsi istiqamətində TƏBİB intensiv işlər görür. 

E-saglam.az xəbər verir ki, görülən işlərin real nəticələrindən biri kimi Samux Rayon Mərkəzi Xəstəxanasını göstərmək mümkündür. Qısa zamanda bu müəssisədə vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı üç dəfəyə yaxın artıb.

Təkcə bu ilin yanvar-may ayları ərzində vətəndaşlara 50 minə yaxın ambulator tibbi xidmət göstərilib ki, bu, ötən ilin müvafiq dövründə təxminən 19 min civarında olub. 

Bundan əlavə, tibb müəssisəsində son 5 ay ərzində 256 nəfərə stasionar tibbi xidmət göstərilib ki, ötən il bu, cəmi 44 nəfər olub.

Bu ilin yanvar-may ayları ərzində tibb müəssisəsindən digər dövlət və özəl müəssisələrə edilən göndəriş sayında da müsbət nəticələr əldə edilib. Müəssisədə tibbi xidmətin keyfiyyətinin artırılması ilə digər müəssisələrə göndərişlərin sayının kəskin azaldılmasına nail olunub. 2023-cü ildə verilən göndəriş vərəqələrinin sayı 894 olduğu halda, bu ilin müvafiq dövründə göndərişlərin sayı 3 dəfəyə yaxın azalaraq 336 təşkil edib.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
e-saglam.az

7Mənbələr