AZ

Bu qidalar infarkt və insult riskini artırır

Alimlər müəyyən ediblər ki, vegan kolbasa, heyvan mənşəli məhsulları əvəz etmək üçün nəzərdə tutulmuş burgerlər, tortlar və cipslər kimi yüksək işlənmiş bitki mənşəli qidalar infarkt və insult riskinin 15 faiz artması ilə əlaqələndirilir.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın Biobank tədqiqatında 118 000-dən çox iştirakçının qida rasionunun təhlilinə əsasən belə qənaətə gəlinib.

“Lancet Regional Health - Europe” jurnalında dərc edilən araşdırma göstərir ki, bu təhlükə hətta bitki qidalarında da mövcuddur və yüksək istehlak ürək ölümünün 15 faiz artması ilə əlaqələndirilir.

London İmperial Kollecinin mütəxəssislərinin iştirak etdiyi araşdırmada 40-69 yaş arası 118 mindən çox britaniyalının ən azı iki gün ərzində pəhrizlərini qiymətləndirən məlumatlarından istifadə edilib.

Alimlər qidaları meyvə, tərəvəz, taxıl, çörək, tort və şirniyyat kimi bitki mənşəli qidalara və balıq, quş əti, qırmızı ət, yumurta və süd məhsulları kimi heyvan mənşəli qidalara bölüblər.

Bu məlumatlar daha sonra ürək-damar xəstəlikləri haqqında məlumat vermək üçün xəstəxana və ölüm məlumatları ilə müqayisə olunub.

Onlar müəyyən ediblər ki, yüksək dərəcədə işlənmiş bitki mənşəli qidalardan çox istifadə edən insanlarda, pəhrizlərində daha az bitki mənşəli qidalar olan vegetarianlarla müqayisədə ürək xəstəliyi riski 7 faiz daha çox, ölüm riski isə 15 faiz artır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
23
publika.az

10Mənbələr