AZ

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin SAYI AÇIQLANDI

Bakı. Trend:

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyatvasitələrinin sayı açıqlanıb.

Bu barədə Trend-əYerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata əsasən, 11.06.2024-cü il tarixə olan məlumata görə,buraxılış kartı alan taksi nəqliyyat vasitələrinin sayı 4032 ədəd,təlim keçən sürücülərin sayı isə 21344 nəfər təşkil edib.

İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA”informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektronqaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq,avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsindəicazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektronsistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinəinteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimumaendirilib, digər dövlət orqanlarının informasiya sistemlərindənəldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skanedilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və yafərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifarişötürən taksi sifariş operatorları barəsində İnzibati XətalarMəcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirlərigörüləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
19
az.trend.az

10Mənbələr