AZ

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin SAYI AÇIQLANDI

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Bu barədə Day.Az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata əsasən, taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 11.000-ni ötüb. Təlim keçən sürücülərin sayı isə 24482 nəfər təşkil edib.

İcazələrin verilməsi AYNA tərəfindən yaradılan "AYNA" informasiya sisteminin "Daşıyıcılar" altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
19
day.az

10Mənbələr