AZ

47 yaşlı qadın Respublika Klinik Xəstəxanasında ana olub » Medical Media


47 yaşında ana olan qadının hamiləliyi təcili qeysəriyyə əməliyyatı ilə sonlandırılıb və övladı ilə birlikdə evə yola salınıb.
 
Bu məlumat Medicalmedia.az-a Respublika Klinik Xəstəxanasından verilib.
 
 
Qeyd olunub ki, hamiləliyinin 30-31 həftəliyində EKM (ekstrakorporal mayalanma), ağır dərəcəli preeklampasiya, yaşlı ilkdoğan diaqnozu ilə Respublika Klinik Xəstəxanasına müraciət edən vətəndaş Şəfaqət Hüseynovaya zəruri tibbi xidmətlər göstərilib və hamiləliyi təcili qeysəriyyə əməliyyatına alınıb.
 
1 400 qr çəkidə doğulan qız uşağının vəziyyəti ağır olduğu üçün Neonatologiya şöbəsində müalicə alıb, çəkisi 1 700 qr-a qədər artıb.
 
Vəziyyəti yaxşılaşan ana və uşaq evə yola salınıb.
 
Pasiyent Ş.Hüseynova özünün və övladının sağlamlığının keşiyində dayanan başda Neonatologiya şöbəsinin müdiri Rəna Qasımovaya, həkim-mama-ginekoloq Gülnur Xudiyevaya və həkim-neonatoloq Sevinc İmamverdiyevaya təşəkkürünü bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
medicalmedia.az

3Mənbələr