AZ

47 yaşlı qadın Respublika Klinik Xəstəxanasında  ana olub

47 47 yaşlı qadın Respublika Klinik Xəstəxanasında

47 yaşında ana olan qadının hamiləliyi təcili qeysəriyyə əməliyyatı ilə sonlandırılıb və övladı ilə birlikdə evə yola salınıb.

Bu barədə E-saglam.az-a Respublika Klinik Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hamiləliyinin 30-31 həftəliyində EKM (ekstrakorporal mayalanma), ağır dərəcəli preeklampasiya, yaşlı ilkdoğan diaqnozu ilə Respublika Klinik Xəstəxanasına müraciət edən vətəndaş Şəfaqət Hüseynovaya zəruri tibbi xidmətlər göstərilib və hamiləliyi təcili qeysəriyyə əməliyyatına alınıb.

1 400 qr çəkidə doğulan qız uşağının vəziyyəti ağır olduğu üçün Neonatologiya şöbəsində müalicə alıb, çəkisi 1 700 qr-a qədər artıb.

Vəziyyəti yaxşılaşan ana və uşaq evə yola salınıb.

Qeyd edək ki, bu, xanımın ilk hamiləliyi və ilk övladıdır.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
e-saglam.az

3Mənbələr