AZ

AÇ-2024: Açılış oyununun hakimləri bilindi

Almaniyada keçiriləcək Avropa Çempionatının açılış oyununun hakimləri bəlli olub.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyürpen idarə edəcək.

Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. 

VAR hakimlərinə gəlincə, briqada Jerom Brisar, Villi Delajo və italiyalı Massimiliano İrratidən ibarət olacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AÇ-2024 bir ay davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
fanat.az

10Mənbələr