AZ

AÇ-2024: “Almanlar həmişə favoritlər sırasındadır”

Fransa yığmasının hücumçusu Kilian Mbappe 2024-cü il Avropa çempionatında hansı finalı görmək istədiyindən danışıb.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı forvard almanların həmişə favoritlər sırasında olduğunu bidirib:



“Martda Almaniyaya uduzduq? Yoldaşlıq görüşlərini nəzərə almamaq olar. Amma ciddi desək, ev sahiblərinin çox yaxşı komandası var. Almanlar həmişə favoritlər sırasındadır. Fransa və Almaniya arasında final? Mən bununla razıyam”.



Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa yığması Niderland, Polşa və Avstriya ilə bir qrupda yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərfransa mbappe

Seçilən
177
50
komanda.az

10Mənbələr