Birləşmiş Ştatlar Ukraynanın Azov briqadasına tətbiq etdiyi silah qadağasını ləğv etdiyin açıqlayıb.ABŞ Xarici İşlər Departamentinin adının açıqlanmasını istəməyən sözçüsü BBC-yə bildirib ki, Ukraynanın Azov briqadasının insan haqlarını pozub-pozmaması ilə bağlı araşdırma aparılıb.Departamentin sözçüsü bildirib ki, araşdırmalardan sonra briqadada hər hansı insan hüquqları pozuntusuna yol verildiyi aşkar edilməyib.Sözçü bildirib ki, araşdırmadan sonra hökumət briqadanın ABŞ-dan silah dəstəyi almasına mane olan qadağanı aradan qaldırıb.Bu arada Azov briqadasının qərarla bağlı verdiyi açıqlamada “ABŞ-dan silah və hərbi təlim almaq Azovun hərbi potensialını gücləndirəcək, həm də briqadadakı insanların sağlamlığını və həyatını qoruyacaq” ifadəsi işlədilib.2014-cü ildə könüllülər briqadası kimi yaradılan Azov sonradan Milli Qvardiyaya verilib.Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2016-cı ildə dərc etdiyi hesabatda Azov briqadası Ukraynanın şərqində mülki talan etməkdə və insanların didərgin düşməsinə səbəb olmaqda günahlandırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta