Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru Avtandil Abuş oğlu Novruzov vəfat edib.
Bu barədə orta məktəbin sosial şəbəkədəki səhifəsi məlumat yayıb.
1965-ci il təvəllüdlü A.Novruzovun dünən axşam saatlarında qəfil dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, əslən Qubadlı rayonundan olan A.Novruzov eyni zamanda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri olub./BAKU.WS
BiG.Az