AZ

İsrail Qәzzaya ağır zәrbәlәr endirmәyә davam edir

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində bir evə hücumu nəticəsində bir uşaq olmaqla 8 fələstinli  ölüb, bir neçə nəfər yaralanıb.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə,  səhiyyə rəsmiləri İsrailin Rəfah şəhərinin şimalındakı Ən-Nəsr rayonundakı bir evi hədəf aldığını açıqlayıb.

Səhiyyə rəsmiləri hücumda bir uşağın öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.

İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şərqindəki Şucaiyye rayonundakı bir evə hava hücumu təşkil etdiyi qeyd olunub. Hücum nəticəsində yeddi fələstinlinin öldüyü, bir neçə fələstinlinin də yaralandığı vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
trt.net.tr

2Mənbələr