AZ

İsrail Qəzzanı vurur - Daha 8 fələstinli həyatını itirib, biri uşaqdır

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah və digər bölgələri intensiv bombalayır.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bombalama nəticəsində onlarla insan ölür, yaralılar var.

Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, Rəfah şəhərinin şimalındakı Ən-Nəsr rayonundakı bir ev raketlə vurulub: "Burada bir uşaq ölüb, bir neçə nəfər yaralanıb. Bundan başqa, İsrail döyüş təyyarələri Şucaiyye rayonunda bir evə zərbə endiirb. Nəticədə 7 mülki şəxs həlak olub, çox sayda insan isə yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
mia.az

2Mənbələr