AZ

Ukrayna rekord həcmdə elektrik enerjisi idxal edib

Ukrayna iyunun 12-də rekord həcmdə elektrik enerjisi idxal etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət 29 796 meqavat-saat idxaldan gedir ki, bu da iyunun əvvəlində müəyyən edilmiş 28 000 MVt-saat rekordunu keçəcək.

Milli elektrik şirkəti Ukrenergo ayrıca maksimum texniki gücü saatda 1689 MVt olan elektrik enerjisini idxal etmək niyyətində olduğunu açıqlayıb.

Bildirilib ki, Ukraynaya Avropa İttifaqı ölkələrindən eyni vaxtda saatda 1700 MVt-dan çox olmayan elektrik enerjisi idxal etməyə icazə verilir .

Qeyd edək ki, hazırda Kiyev gücü saatda 2200 MVta çatdırmaq üçün Avropa İttifaqı ilə danışıqlar aparır.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
6
bakivaxti.az

10Mənbələr