AZ

Küveytdə İşçilərin qaldığı binada yanğın: Onlarla ölü və yaralı var

Küveytdə işçilərin qaldığı binada başlayan yanğında onlarla işçi həyatını itirib, çoxlu sayda insan yaralanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səhər saatlarında baş verən yanğında azı 35 nəfər ölüb.

Məlumata görə, insident barədə səlahiyyətlilərə səhər məlumat verilib. 

Qeyd edilib ki, bir çox işçi binada uyğun olmayan şəraitdə yerləşib, lakin işçilərin peşələri və gəldikləri ölkələrlə bağlı heç bir məlumat paylaşmayıb.

Küveytin Səhiyyə Nazirliyi yanğın nəticəsində təxminən 43 nəfərin xəstəxanaya yerləşdirildiyini və onlardan 4 nəfərin öldüyünü açıqlayıb.
 
Səlahiyyətlilər yanğının nəzarət altına alındığını və yanğının səbəbinin araşdırıldığını bildiriblər.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
azxeber.com

10Mənbələr