AZ

“Bəzi ucqar kəndlərimizdə simsiz şəbəkə vasitəsilə interneti təmin edəcəyik”

“Bu ilin sonuna ölkə üzrə 100% genişzonlaqlı internet təminatı məsələsi öz həllini tapacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Artıq bugünkü rəqəmlər təxminən 80 %-ə yaxındır. Əksər bölgələrimizdə artıq fiber-optik internet xətləri mövcuddur. 100 % deyəndə biz bunun 95 %-ni fiber-optik xətlərlə icra etməyi nəzərdə tuturuq. Bəzi ucqar kəndlərimizdə isə simsiz şəbəkə vasitəsilə interneti təmin edəcəyik. Amma ortalama 35 giqabit internet sürətindən söhbət gedir. Bu da kifayət qədər yüksəksürətli internet deməkdir”, - deyə nazir müavini bildirib.

Zaur Mirzə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
qafqazinfo.az

7Mənbələr