AZ

Bu il ölkə üzrə 100% genişzonlaqlı internet təminatı həll ediləcək

Bu ilin sonuna ölkə üzrə 100% genişzolaqlı internet təminatı məsələsi öz həllini tapacaq.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Artıq bugünkü rəqəmlər təxminən 80%-ə yaxındır. Əksər bölgələrimizdə artıq fibrooptik internet xətləri mövcuddur. 100 % deyəndə biz bunun 95 %-ni fiberoptik xətlərlə icra etməyi nəzərdə tuturuq. Bəzi ucqar kəndlərimizdə isə simsiz şəbəkə vasitəsilə interneti təmin edəcəyik. Amma ortalama 35 geqa bit internet sürətindən söhbət gedir. Burda kifayət qədər yüksək sürətli internet deməkdir”, - deyə nazir müavini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
ikisahil.az

7Mənbələr