Avropa Parlamentində Türkiyəni Aİ-də görmək istəməyən populist və ifrat sağçı qrupların güclənməsi Türkiyə-Aİ münasibətlərində daha kövrək dövrə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, Avropa Parlamentinin (AP) yeni üzvlərinin müəyyənləşdirilməsi üçün keçirilən seçkilərin nəticələri Avropa İttifaqı-Türkiyə münasibətləri baxımından daha mənfi vəziyyətə işarə edir. Bunun əsas səbəbi AP-yə daha güclü şəkildə daxil olan populist və ifrat sağçıların həmfikir olduqları ortaq məqamlardan biri də Türkiyəni AB-də görmək istəməmələridir. Yeni dövrdə Türkiyəyə qarşı ritorikanın daha da sərtləşəcəyi şübhəsizdir. Lakin AP-nin Türkiyə kontekstində qısa müddətdə təsirli ola biləcəyi mövzular məhduddur.
* Son zamanlar Türkiyənin Aİ-dən əsas gözləntiləri arasında gömrük ittifaqının yenilənməsi və vizadan azad edilməsi daxildir. Bu iki məsələdə AP-dən çox Aİ Komissiyası və Aİ Şurası ön planda olacaq. Qısa müddətdə AP-nin təsdiqini tələb edən bir mərhələyə çatması gözlənilmir.
* Türkiyə Aİ Komissiyası və Aİ Şurası ilə əlaqələri davam etdirəcək. Münasibətlərin “mənfidən sıfıra yüksəlməyə çalışıldığı” dövr olduğundan AP-nin təsiri məhdud olaraq qalacaq.
* Son illərdə AP-də tez-tez dilə gətirilən Türkiyə ilə üzvlük prosesi əvəzinə “daha realist alternativlər” tapılması çağırışlarının bu dövrdə də ön plana çıxacağı şübhəsizdir. Çox güman ki, bunlara “danışıqlara son” çağırışı əlavə olunacaq. Bu yanaşma təkcə ifrat sağçılardan deyil, həm də AP-də ən böyük siyasi qrup olan sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) bəzi fiqurlarından da dəstək alır.
* Miqrasiya ilə bağlı yanaşmasını sərtləşdirməsi gözlənilən AP, Türkiyə ilə maraqlara və “ver-al” yanaşmasına əsaslanan münasibətlər formatını ön plana çıxaracaq. Türkiyəyə maliyyə yardımının daha da azaldılması tələbləri gündəmə gələ bilər.
* Yeni dövrdə genişlənmə ilə bağlı AP-də külək güclü olacaq, lakin indiki konyukturada bunun Türkiyənin yelkənlərini əsmə ehtimalı yüksək deyil.
* Ola bilər ki, AP tərəfindən hər il hazırlanan Türkiyə hesabatı əvvəlki illərdən daha sərtdir. Gələcək Türkiyə məruzəçisi üçün mətnin relsdən çıxmasının qarşısını almaq əvvəlkindən daha çətin olacaq.
* AP Ankaranın razılaşmaq və əməkdaşlıq etməkdə ən çox çətinlik çəkdiyi Aİ qurumu olaraq qalacaq . Münasibətlərdə kövrəklik səviyyəsi daha yüksək olacaq.
Eltac Zülfüqaroğlu/Turkustan.az