AZ

Monitorinq keçirilən bağçaların sayı açıqlandı

Bakı. Trend:

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsilİdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsindəmonitorinqlər keçirilib.

Trend xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsədrəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədərtəhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyəprosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin,tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icraintizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinintəhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruritədbirlərin görülməsindən ibarətdir.

Monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinəfəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər verilib,nəticəyönlü idarəetmə modelini formalaşdırmaq üçün analitikhesabatlar hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
18
az.trend.az

10Mənbələr