Xəbər verdiyimiz kimi, Avro-2024-ə hazırlaşan Portuqaliya yığması yoldaşlıq görüşündə İrlandiya yığmasını qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, 18-ci dəqiqədə "Barselona"nın hücumçusu Joau Feliş görüşdə hesabı açıb.
Fasilədən sonra Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştiano Ronaldo 50 və 60 dəqiqələrdə fərqlənən iki gözəl qol vurub.