AZ

Ermənistanda atışma - Kriminal avtoritet öldürüldü

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər kriminal avtoritet “Çeremuşkinski Faz”ın olduğu avtomobili atəşə tutub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən qabaq şüşəsində çoxsaylı güllə izləri, həmçinin salonda qan izləri olan “Toyota Land Cruiser” markalı avtomobil aşkar ediblər.

Belə ki, avtomobil bir neçə başqa avtomobillə toqquşub və nəticədə böyük qəza baş verib.

Bildirilir ki, kriminal avtoritet güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, özünə gəlmədən orada keçinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
qafqazinfo.az

2Mənbələr