AZ

İrəvanda atışma - ÖLƏN VAR

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər kriminal avtoritet “Çeremuşkinski Faz”ın olduğu avtomobili atəşə tutub.

Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən qabaq şüşəsində çoxsaylı güllə izləri, həmçinin salonda qan izləri olan “Toyota Land Cruiser” markalı avtomobil aşkar ediblər. Avtomobil bir neçə başqa avtomobillə toqquşub və nəticədə böyük qəza baş verib.
Bildirilir ki, kriminal avtoritet güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
bizim.media

2Mənbələr