Bakı. Trend:
Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilənbeynəlxalq turnirində uğurla çıxış ediblər.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, Azərbaycan komandası “Open Georgia”da 13 medalqazanıb.
Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizəaparıb. Təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medallabaşa vurublar.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Vüqar Kərimovədaləti quruyub.