AZ

Karateçilərimiz "Open Georgia" turnirində 13 medal qazanıblar

Bakı. TurkicWorld:

Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilən beynəlxalq turnirində uğurla çıxış ediblər.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan komandası “Open Georgia”da 13 medal qazanıb.

Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. Təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Vüqar Kərimov ədaləti quruyub.

Seçilən
125
2
turkic.world

4Mənbələr