AZ

Azərbaycan -Türkiyə münasibətləri möhkəm təməllərə əsaslanır (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğan ilə təkbətək görüşü olub.

Görüşü Trend-ə şərh edən siyasi şərhçi Turab Rzayev bildiribki, iki ölkə strateji müttəfiqlərdir.

Onun sözlərinə görə, iki ölkə arasında belə görüşlərin olmasıspesifik məna daşıyır.

"Strateji tərəfdaşlar olaraq, Azərbaycan və Türkiyə bir-birinəsiyasi, iqtisadi və hərbi sahələrdə dəstək verir. Ancaq hər görüşöncəsi və sonrası planlaşdırılan strateji məsələlər üzrəmüzakirələr aparılır. Görüşdə ölkələrimiz arasında enerji,nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi,müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələlərimüzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarınıngenişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı iləəlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətönəmlidir.

Tranzit yollarının Azərbaycandan keçməsi ölkəmizin əhəmiyyətinigetdikcə artırır. Ölkəmiz bölgədə baş verən hadisələrin kilidnöqtəsidir", - deyə ekspert qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
az.trend.az

2Mənbələr