AZ

Azərbaycan -Türkiyə münasibətləri möhkəm təməllərə əsaslanır - VİDEOMÜSAHİBƏ

İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Milli.Az bildirir ki,  görüşü Trend-ə şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, iki ölkə strateji müttəfiqlərdir.

Onun sözlərinə görə, iki ölkə arasında belə görüşlərin olması spesifik məna daşıyır.

"Strateji tərəfdaşlar olaraq, Azərbaycan və Türkiyə bir-birinə siyasi, iqtisadi və hərbi sahələrdə dəstək verir. Ancaq hər görüş öncəsi və sonrası planlaşdırılan strateji məsələlər üzrə müzakirələr aparılır. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyət önəmlidir.

Tranzit yollarının Azərbaycandan keçməsi ölkəmizin əhəmiyyətini getdikcə artırır. Ölkəmiz bölgədə baş verən hadisələrin kilid nöqtəsidir", - deyə ekspert qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
milli.az

2Mənbələr