AZ

Ruslan Baltiyev: “Sadəcə, konsentrasiya çatışmadı və uduzduq”

Azərbaycan – Qazaxıstan matçından sonra mətbuat konfransı keçirilib. Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, öncə media nümayəndələri qarşısına Qazaxıstanın məşqçisi Ruslan Baltiyev çıxıb.  O, Azərbaycan millisini təbrik edib: "Bu cür oyun azarkeşlərin xoşuna gələ bilərdi. Çünki qol epizodları bol idi. İki layiqli rəqiblər qarşılaşırdı.Bu cür oyundan sonra Azərbaycnı təbrik edirəm".
 
Baltiyev komandasının çatışmazlığını da qabardıb: "Düşünmürəm ki, təkcə bu qola görə uduzduq. Çünki iki qol daha buraxmışdıq. Konsentrasiya çatışmadı. Sadəcə, konsentrasiya çatışmadı və uduzduq. Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər bir məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik. Yoldaşlıq görüşüdür"
 
Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
sport24.az

3Mənbələr