AZ

Qazaxıstanlı məşqçi: “Səhvlərimizə görə uduzduq”

“Bu cür oyun azarkeşlərin xoşuna gələ bilərdi. Çünki qol epizodları bol idi”.

İdman.biz xəbər verir ki, bunu Qazaxıstan yığmasının məşqçisi Ruslan Baltiyev deyib.

Qazaxıstanlı mütəxəssis millimizlə keçirilən yoxlama oyununda 2:3 hesablı məğlubiyyəti şərh edib: “İki layiqli rəqiblər qarşılaşırdı.Bu cür oyundan sonra Azərbaycnı təbrik edirəm. Sadəcə, konsentrasiya çatışmadı və uduzduq. Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundur. Səhvlərimizə görə uduzduq. İşləməli və düzəltməli olduğumuz məsələlər var. Hər bir məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik".

Qeyd edək ki, Qazaxıstan yığması keçirdiyi hər 2 yoldaşlıq oyununda uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
idman.biz

3Mənbələr