AZ

Rusiya ilə İran arasında əhatəli saziş razılaşdırılıb - Lavrov

Bakı. Trend:

Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən busənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedurqaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.

Trend rus KİV-lərinəistinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziriSergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasınınyekunlarına dair keçiriləm mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sənədin prezidentlərin təsdiqinə vəmüvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslamRespublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə birsıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsilazımdır.

"Hələ ki, onlar yerinə yetirilməyib. Sənədin mətni tamrazılaşdırılıb", - Lavrov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
5
az.trend.az

6Mənbələr