AZ

Rusiya ilə İran arasında əhatəli saziş razılaşdırılıb - Lavrov

Bakı. TurkicWorld:

Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən bu sənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.

TurkicWorld rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasının yekunlarına dair keçiriləm mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sənədin prezidentlərin təsdiqinə və müvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslam Respublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsi lazımdır.

"Hələ ki, onlar yerinə yetirilməyib. Sənədin mətni tam razılaşdırılıb", - Lavrov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
5
turkic.world

6Mənbələr