AZ

Dağıstanda naməlum pilotsuz təyyarə görüntülənib

Dağıstan Respublikasının Kaspiysk şəhərinin sakinləri şəhərin üzərində dövrə vuran pilotsuz təyyarəni müşahidə ediblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Baza Telegram kanalı xəbər verir və hadisə şahidlərinin lentə aldığı videoları dərc edir.

 

Kanalın qeyd etdiyi kimi, dronlar şəhərin müxtəlif yerlərində görünüb.

 

Videolardan biri PUA-nın paraşütü buraxıb aşağı enməyə başladığı an çəkilib.

 

Bunun hərbi pilotsuz uçuş aparatı, yoxsa həvəskar olması hələlik məlum deyil. Rəsmi qurumlardan heç bir açıqlama verilməyib.

 

İyunun 11-də Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gündə beşinci Ukrayna pilotsuz uçuş aparatını məhv etdiyini bildirib.

 

İyunun 10-da Zaporojye vilayətindən olan senator, Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin bəyan edib ki, Rusiya Federasiyasının müdafiə sektorunun bir çox müəssisəsi pilotsuz uçan aparatların istehsalı ilə məşğul olmağa başlayıb, lakin sistemsiz istehsal bu sahədə xaos yaradır.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
18
oxu24.com

10Mənbələr