AZ

Sahibə Qafarova Aleksandr Lukaşenko ilə görüşüb (FOTO)

Bakı. Trend:

Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədriSahibə Qafarova Belarus Respublikasının Prezidenti AleksandrLukaşenko ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, Prezident AleksandrLukaşenko Azərbaycan parlamentinin sədrini səmimiyyətləsalamlayaraq, bu səfərin parlamentlər arasında münasibətlərininkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında etimada, qarşılıqlıhörmətə, dostluğa və əməkdaşlığa əsaslanan strateji münasibətləruğurlu inkişaf yolu keçib.

Aleksandr Lukaşenko Belarusda, xüsusən də ölkəsinin faşistişğalçılarından azad edilməsinin 80 illiyinin qeyd olunduğu bugünlərdə azərbaycanlıların Qələbəyə və Belarus torpaqlarının azadedilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini və onlarınşücaətlərini xatırladıqlarını qeyd edib.

Söhbət zamanı Prezident Aleksandr Lukaşenko Azərbaycana ötən aybaş tutmuş səfərini böyük məmnuniyyətlə xatırlayaraq, AzərbaycanPrezidenti İlham Əliyevlə görüşləri və dövlətimizin başçısınınrəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksəkqiymətləndirib. O, Azərbaycan xalqının Ümummilli lideri HeydərƏliyevin çox uzaqgörən, qüdrətli bir şəxsiyyət olduğunu, Prezidentİlham Əliyevin Ulu öndərin layiqli davamçısı olduğunu söyləyib. "O,o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısaprezident bunu təkrar etsin", - deyə Belarusun dövlət başçısı qeydedib.

Belarus Prezidenti Azərbaycana səfəri çərçivəsində Prezidentİlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərimizə də başçəkdiyini xatırladaraq, Şuşanın iqlimini və təbii gözəlliyinixüsusi qeyd edib. "Əminəm ki, siz bu ərazilərdə həyatı bərpaetməklə daha bir uğura imza atacaqsınız və biz bu işdəməmnuniyyətlə iştirak edəcəyik", - deyə Belarus liderivurğulayıb.

Aleksandr Lukaşenko həmçinin, iki ölkənin parlamentləri arasındaəlaqələrin səviyyəsindən də razılıq ifadə edərək, deyib ki,parlamentlərarası münasibətlər dövlətlərimiz arasındamünasibətlərin mövcud səviyyəsindən geri qalmır.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyədəqonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə, BelarusPrezidentinə minnətdarlığını bildirərək, Prezident İlham Əliyevinsalamlarını Belarus Prezidentinə çatdırıb.

Prezident Aleksandr Lukaşenko onun da salamlarını AzərbaycanPrezidentinə çatdırmağı xahiş edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızı ənənəvidostluq əlaqələri, ümumi dəyərlər birləşdirir və ölkələrimizarasında münasibətlər dövlət müstəqilliyini bərpa etdikdən sonrabütün sahələrdə uğurla inkişaf edir. O, bu əlaqələrin inkişafındaiki ölkənin dövlət başçıları arasında mövcud olan yüksək səviyyəliəlaqələrin rolunu xüsusi vurğulayıb. Sahibə Qafarova, Prezidentİlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilənrəsmi səfərinin, o cümlədən, Prezident Aleksandr Lukaşenkonun ötənay Azərbaycana dövlət səfərinin və bu səfərlər zamanı imzalanmışsənədlərin münasibətlərimizə xüsusi təkan verdiyini bildirib.

Milli Məclisin sədri, bu münasibətlərin parlamentlərçərçivəsində də uğurla davam etdirilməsinin vacibliyini qeyd edib.O, qanunvericilik orqanlarımızın, həm ikitərəfli əsasda, həm dəbeynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyinidiqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkə arasında ticarət-iqtisadiəməkdaşlığın inkişafı, bu sahədə mövcud olan potensial barədə dəfikirlər ifadə olunub. Belarus Prezidentinin Azərbaycana səfərizamanı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının, bir çoxsahələr üzrə əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələraparıldığı bildirilib. Bunun üçün parlamentlərin də müvafiqqanunvericilik bazasının yaradılması istiqamətində fəaliyyətgöstərməsinin önəmi vurğulanıb.

Sahibə
Sahibə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
37
az.trend.az

10Mənbələr