AZ

Qvardiola Avro-2024-də hansı klubları favorit hesab edir?


“2024-cü ildə keçiriləcək Avropa çempionatında qalib olmaq şansı ən çox Almaniya və İspaniya yığmalarındadır”.
Yeniavaz.com
“Sport24”ün jurnalisti Viktor Navarroya istinadla xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola deyib.
“Almaniya və İspaniya. İngiltərəyə gəlincə, qələbəyə getdikcə yaxınlaşırlar. Onların bu addımı atmasının vaxtı çatıb. Yarımmüdafiədə və hücumda çox yaxşı nəsil var. Mən Böyük Britaniyada yaşayıram. Ona görə də, bu komandanın necə çıxış edəcəyi mənim üçün maraqlıdır”, - deyə ispan mütəxəssis Avro-2024-ün favoritləri ilə bağlı suala cavab verərkən bildirib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin ev sahibi Almaniya Şotlandiya, Macarıstan və İsveçrə milliləri ilə A qrupunda mübarizə aparacaq. Qitənin hazırkı çempionu İtaliyanın isə B qrupundakı rəqibləri İspaniya, Xorvatiya və Albaniya olacaq. Koronavirus pandemiyası ilə əlaqədar bir il təxirə salınan və 2021-ci ildə Rusiya da daxil olmaqla 11 ölkədə keçirilən turnirin finalında İtaliya İngiltərəyə qalib gəlmişdi. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatmış və penaltilər seriyasında İtaliya komandası daha dəqiq oynamışdı - 3:2.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
yeniavaz.com

10Mənbələr