AZ

“Azərbaycanla sülh sazişi imzalamaq üçün tarixi şans yaranıb” –Ermənistan XİN başçısı

Ermənistan və Azərbaycan iki ölkəyə sülh müqaviləsi imzalamağa imkanı verən tarixi məqamdadır. Bu saziş regionda uzunmüddətli sabitliyin bərqərar edə bilər.

Azpost.info bildirir ki, bu barədə “İnterfax” Ermənistan XİN başçısı Ararat Mirzoyana istinadən məlumat yayıb.

XİN rəhbəri bu barədə Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü zamanı bildirib. Tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayen də iştirak edib.

“İmzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça biləcək sülh sazişi layihəsini tamamlamaq üçün real imkan, tarixi şans var. Ermənistan da bütün regional kommunikasiyaların açılmasında maraqlıdır”, – Mirzoyan bildirib.
Eyni zamanda diplomat vurğulayıb ki, İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Bakı ilə münasibətlərin normallaşdırılmasına və sərhədlərin delimitasiyasına sadiqdir.

Mirzoyan əlavə edib ki, Ermənistan və ABŞ Azərbaycanla münaqişənin sülh yolu ilə həllinin mümkün variantlarını müzakirə edir. XİN rəhbəri vurğulayıb ki, İrəvan regional əməkdaşlıq və qarşılıqlı fəaliyyət kontekstində Vaşinqtonla münasibətləri gücləndirməyə ümid edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
azpost.info

2Mənbələr