AZ

"Sülh müqaviləsi imzalamaq üçün böyük şans var..."

...Ermənistan və Azərbaycan regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün iki ölkəyə sülh müqaviləsi imzalamağa imkan verən tarixi məqamdadır.

SİA-nın əldə etdiyi məlumata görə, “İnterfaks” bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyana istinadən xəbər verir.

Erməni diplomatiyasının rəhbəri bu barədə Ermənistan və ABŞ arasında Strateji Dialoqun yekun görüşü zamanı bildirib. Tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen də iştirak edib. …İmzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça biləcək sülh sazişi layihəsini tamamlamaq üçün real imkan, tarixi şans var. Ermənistan da bütün regional kommunikasiyaların bağlanmasında maraqlıdır.

Bunu deyənMirzoyan vurğulayıb ki, İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Bakı ilə münasibətlərin normallaşdırılmasına və sərhədlərin delimitasiyasına sadiqdir. Mirzoyan əlavə edib ki, Ermənistan və ABŞ Azərbaycanla münaqişənin sülh yolu ilə həllinin mümkün variantlarını müzakirə edir.

XİN rəhbəri vurğulayıb ki, İrəvan regional əməkdaşlıq və qarşılıqlı fəaliyyət kontekstində Vaşinqtonla münasibətləri gücləndirməyə ümid edir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
sia.az

2Mənbələr