AZ

Rusiya ilə İran arasında əhatəli saziş razılaşdırılıb

Rusiya

Moskva, 11 iyun, AZƏRTAC

Rusiya ilə İran arasında əhatəli saziş Tehran tərəfindən bu sənəddə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qaydalarının yerinə yetirilməsindən sonra imzalana bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələrinin iclasının yekunlarına dair keçiriləm mətbuat konfransında məlumat verib.

Lavrov əlavə edib: “Amma bu sənədin prezidentlərin təsdiqinə və müvafiq olaraq imzalanmaya təqdim edilməsi üçün İran İslam Respublikası tərəfindən sazişdə təsbit edilmiş məsələlər üzrə bir sıra prosedur qanunvericilik qaydalarının yerinə yetirilməsi lazımdır. Hələ ki, onlar yerinə yetirilməyib.

Nazir əlavə edib ki, sənədin mətni tam razılaşdırılıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
5
azertag.az

6Mənbələr