AZ

Azərbaycanda ticarət dövriyyəsi 4%-dən çox böyüyüb

2024-cü ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 7 milyard 834,2 milyon manat olub.

FED.az bu barədə Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir.

Bu 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,3 faiz çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalaraq  4 milyard 553,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 12,9 faiz artaraq  3 milyard 281,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
12
fed.az

10Mənbələr