AZ

Yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin 12,5 milyard manatı ötüb

Yanvar-may

Bakı, 25 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12 milyard 537,7 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5 milyard 858,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
12
azertag.az

10Mənbələr