AZ

"Vladimir Putin Rusiya istehsalı olan təyyarədən istifadə edir" - Peskov

Son günlər dünya liderlərinin istifadə etdiyi təyyarələrin təhlükəsizliyi müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, bu istiqamətdə Kremldən də açıqlama gəlib. Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin öz ölkəsinin təyyarəsindən istifadə edir.

 

 Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov danışıb:

 

“Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, bu, çox etibarlı avadanlıqdır. Texniki və texnoloji nöqteyi-nəzərdən o, xüsusi təmirdən keçir”

 

Qeyd edək ki, ötən gün Malavinin vitse-prezidenti Saulos Çilim və daha 9 nəfərin olduğu təyyarə də radardan itib. Mayın 19-da isə İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin olduğu helikopter qəza nəticəsində tamamilə yanıb, göyərtəsində olan bütün sərnişinlər isə həlak olub. 

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
28
sfera.az

10Mənbələr