Fransız siyasətçi: Müdafiəmiz çətin vəziyyətdədir, 3 gün müharibə edə bilərik |
Co Baydenin İkinci Dünya Müharibəsində qalib gələn nəsli möhtəşəm və ya ən güclü adlandırmasına dair açıqlamaları fonunda Avropa gəncləri fərqli görünürlə. Onlar Rusiyanın Avropa ölkələrinə hücumu halında öz həyatlarını riskə atmaq istəyinin olmadığını birbaşa bəyan edirlər.
Keçən həftə Böyük Britaniyada keçirilən sorğuda 18-24 yaşlı britaniyalıların yalnız 29%-nin ölkəni işğala qarşı müdafiə edəcəyini deyib. Kontinental avropalılar da artıq döyüşkən və vətənpərvər deyillər. Sorğuların nəticələrinə görə, əgər onların ölkələri müharibə meydanına çevrilərsə, avropalıların yalnız 32%-i silah gğtürüb döyüşməyə hazır olacaq.
Tural Tağıyev
AzVision.az