AZ

AVRO-2024: Niderlandın heyətində dəyişiklik

AVRO-2024-də iştirak edəcək Niderland millisinin heyətində dəyişiklik olub.

İdman.biz xəbər verir ki, Yan Matsen yığmaya çağırılıb.

Dortmund “Borussiya”sının cinah müdafiəçisi Almaniyadakı turnirdə komandanın heyətində olacaq. Zədələnən Teun Kupmeyners isə heyətdən çıxarılıb.

Qeyd edək ki, bir gün əvvəl digər zədəli Frenki de Yonq da Niderland millisinin AVRO-2024 üçün sifariş vərəqindən kənarlaşdırılıb.

İdman.biz

Seçilən
183
idman.biz

1Mənbələr