AZ

Xarkova AVİABOMBALAR atıldı: ölənlər var, DAHA iki ərazi İŞĞAL edildi - CANLI

Rusiyanın gün ərazində Xarkov vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər yaralanıb. Musavat.com xəbər verir ki, bunu Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, Xarkovun Kiyev və Saltovski rayonlarına KAB-lar (tənzimlənən aviabombalar) vasitəsilə hücum nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb:

“35 ev, 86 qaraj, 22 avtomobilə ziyan dəyib. Çuqevski rayonunda iki nəfər ölüb, iki nəfər yaralanıb. Dementyevka kəndi yaxınlığında da isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb”.

Rusiya ordusu Luqansk vilayətinin Artyomovsk və Xarkov vilayətinin Timkovka kəndlərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniya kansleri Olaf Şolts yaxın həftələr və aylar ərzində Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri, o cümlədən bir “Patriot” sistemi, həmçinin raket və sursat tədarük edəcəyini açıqlayıb. Şolts bunu Berlində keçirilən Ukraynanın bərpasına dair konfransda deyib.

Kansler “güclü və azad Ukraynanın rus imperializmini məğlub edəcəyini” qeyd edib və planlaşdırılan silah tədarükünü açıqlayıb

Ukraynanın böyük şəhərlərini Rusiyanın hava zərbələrindən qorumaq üçün 7 "Patriot" sisteminə ehtiyac var. Bunu isə Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən Ukraynanın Bərpası Konfransında deyib.

Onun sözlərinə görə, yalnız Rusiyanı hava üstünlüyündən məhrum etməklə, Rusiya Prezidenti Vladimir Putini ədalətli sülhü nəzərdən keçirməyə məcbur edə bilərlər. Bunun üçün isə hava hücumundan müdafiə cavabdır.

"Almaniya hava hücumundan müdafiə sahəsində bizə kömək edən qlobal liderdir. "Patriot"lar, IRIS-T-lər və digər sistemlər üçün təşəkkür edirik. Böyük şəhərlərimizi qorumaq, Ukraynada normal həyatı təmin etmək üçün bizə ən azı 7 "Patriot" sistemi lazımdır”, - Prezident Zelenski vurğulayıb.

O qeyd edib ki, Ukrayna Almaniya, Niderland, ABŞ və digər tərəfdaşlarla birgə ölkəni hava hücumundan müdafiə ilə təmin etməyə çalışır.

“Bu, sülhün yaxınlaşdığına inamı bərpa edəcək”, - Ukrayna lideri əlavə edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla Ukrayna hadisələrini dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
29
musavat.com

10Mənbələr